Elməddin Cəfərov televiziyadan uzaqlaşmaq istəyindən danışıb.
Tribunainfo.az xəbər verir ki, “ARB” televiziyasında yayımlanan “Söhbət var” verilişinə qonaq olan aktyor Elməddin Cəfərov bir müddət bundan öncə özünə verdiyi sözdən söhbət açıb.Aktyor bildirib ki, televiziyadan uzaqlaşaraq bir müddət kadrarxası işlərlə məşğul olmaq istəyi olub:
“2 il bundan əvvəl söz verdim ki, aktiv səhnədən uzaqlaşıram, sonra son anda bir qərar verildi ki, bir veriliş də apar, sonra necə istəsən, elə də et. “Qısa qapanma” verilişinin aparıcısı oldum, sonra söz verdim ki, daha televiziyaya çıxmayacağam, yalnız kadrarxası işlərlə məşğul olacağam. Amma bu sözü deyəndən bəri hələ də uzaqlaşa bilməmişəm, hələ də efirlərdəyəm. Həqiqətən çox istəyirəm ki, uzaqlaşım və bir az dincəlim”.
Həmin görüntüləri təqdim edirik: