Elmar Məmmədyarov ABŞ-ın dini icmalarının liderləri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-York şəhərinə səfər edib. 

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-York şəhərinə səfər edib.

XİN-dən TİA.AZ-a verilən məlumata görə, nazir E.Məmmədyarov səfər çərçivəsində ABŞ-ın dini icmalarının liderləri ilə görüşüb.

Görüşdə E.Məmmədyarov tolerantlıq və multikulturalizmin ölkəmizdə tarixən mövcud olduğunu və fəxrlə nəsildən-nəslə ötürüldüyünü qeyd edib. Xalqımızın tolerantlıq ənənələrindən bəhs edən E.Məmmədyarov qədim zamanlardan müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını bildirib və hazırda konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu əlavə etdi və son illər Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb və bu xüsusda Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı üzrə VII Qlobal Foruma ev sahibliyi etdiyini əlavə edib.

Daha sonra nazir E.Məmmədyarov Amerika Yəhudi Təşkilatının üzvləri, həmçinin Əsas Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. 

Görüşlərdə Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Nazir Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığını və yaxından cəmiyyətə inteqrasiya olunduğunu qeyd edib.

Nazir E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən dözümlülük və multikulturalizmin təşviqinə xüsusi diqqət ayrıldığını deyərək, 2016-ci ilin ölkəmizdə Multikulturalizm ili, 2017-ci ilin isə İslam Həmrəyliyi ili elan olunduğunu deyib. E.Məmmədyarov ölkəmizin ev sahibliyi etdiyi İslam Həmrəylik Oyunlarının uğurla başa çatdığını diqqətə çatdırıb.