Elm və Təhsil Nazirliyindən qalmaqallı addım – Müəmma

Elm və Təhsil Nazirliyindən qalmaqallı addım – Müəmma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi, İnsan Resursları Mərkəzi 2025-2026- cı tədris ili üçün respublika üzrə texnologiya fənni üçün cəmi 14 vakant ayırıb.
Bəs 5 saat ,6 saat vakant necə oldu?
Niyə həmin yerlər gizlədilir?
Tribunainfo.az xəbər verir ki, Mənsur Mənsurov Təhsil forumu səhifəsində bu sualları ünvanlayıb.
“2024 və tədris ilində texnologiya fənni üzrə MİQ- də iştirak edən müəllimlərin sayı açıqlanmışdı, səhv etmirəmsə, 2564 nəfər olduğunu qeyd etmişdir. Bu il isə bu sayı açıqlamamısız. Niyə?!
Bəs bu 2000-3000 müəllim üçün cəmi 14 vakant yer, bu Azərbaycan təhsil sistemində biabırçılıqdır”- Mənsurov yazıb.

Onun sözlərinə görə, 2025-ci ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında təxminən 2000–3000 texnologiya müəllimi namizədi iştirak edib ( əgər say bu qədər deyilsə ,rəsmi məlumat verin say barədə) . Bütün bu minlərlə namizədin qarşısına isə cəmi 14 vakant yer qoyulub: “Bəli, sadəcə 14 yer! Bu, sadəcə bir rəqəm deyil — bu, bir sistemin gələcəyini necə yanlış istiqamətə yönəltdiyinin rəsmi göstəricisidir.

Nə üçün bu qədər az yer?

Əgər ölkədə texnologiya fənni əhəmiyyətli hesab olunmursa, o zaman niyə illərdir bu sahəyə müəllim hazırlığı davam etdirilir? Niyə yüzlərlə gənc illərlə bu ixtisas üzrə oxuyur, vaxtını, enerjisini sərf edir, sonra isə qarşısında bu cür ümidsiz bir reallıq tapır?

Bu suallar cavabsız qalır. Təhsil Nazirliyi tərəfindən açıqlanan vakant yer sayı, təhsil sahəsindəki planlaşdırmanın, ehtiyacın və kadr siyasətinin nə qədər zəif qurulduğunu göstərir. Bu, təkcə texnologiya müəllimlərinə deyil, həm də bütövlükdə təhsil sisteminə edilən hörmətsizlikdir.

Texnologiya fənninin əhəmiyyəti necə görməzdən gəlinir?

Bugünkü dünyada texnologiyanın və rəqəmsal bacarıqların əhəmiyyəti danılmazdır. Gələcəyin peşələri artıq informasiya texnologiyaları, proqramlaşdırma, robototexnika kimi sahələrlə sıx bağlıdır. Məktəblərdə bu istiqamətdə düşünən, uşaqları texnoloji cəhətdən maarifləndirən müəllimlərə həmişəkindən daha çox ehtiyac var. Amma bizim sistemimiz texnologiya fənnini sadəcə kənara itələyir, sanki lazımsız bir fənn imiş kimi yanaşır.

Gənc müəllimlərin inamı qırılır. Bu qədər zəhmət çəkib imtahan verən minlərlə gənc, özünü ölkənin təhsil sistemində dəyərli bir yerə sahib görmək istəyir. Amma qarşısına çıxan 14 yer, onlara açıq şəkildə deyir:
“Siz burada lazım deyilsiniz.”
Bu, sadəcə rəqəm deyil, bir nəslin ruhunun qırılması, motivasiyasının əzilməsi və gələcəkdən soyumasıdır”.

Fərda Uğur