Elm və Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin edilib.
Tribunainfo.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.