Bu gün mənə Neft və Sənaye Universitetinin keçmiş müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Abıyeva zəng vurdu. Leyla xanım ağlamaqdan özünü saxlaya bilmirdi, güclə danışırdı. Xanımın söylədiyinə görə, universitetin rektoru Mustafa Babanlı heç bir əsas olmadan onu və 3 müəllimi əmrlə işdən çıxarıb. Leyla xanım Apellyasiya məhkəməsinə qədər şikayət edib, lakin heç bir nəticə əldə etməyib.
Tribunainfo.az yazır ki, problemi deputat Etibar Əliyev ictimailəşdirib. O bildirib ki, haqsızlıqlar ucbatında leyla müəllimə depressiyaya düşüb:
“Sual olunur, nədən məhkəmədən əvvəl işdən qanunsuz azad olunmuş müəllimlərin şikayətinə Elm və təhsil nazirliyində baxılmayıb? Xanımın dediyinə görə onların müraciətinə heç cavab belə verilməyib. Belə qanunsuzluq olar? Mustafa tərəfdarları, bunu da nəzərə alın. Rektor qadınla intriqa aparırmış.
Qeyd edim ki, Leyla xanım Abıyeva Respublikının görkəmli pediatorları Rauf Abıyev və Anaxanım Axundovanın övladıdır”.