backend

Əllərinizin xəbərdarlığına laqeyd qalmayın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əllərdə baş verən dəyişikliklərlə bağlı tez-tez “əllərim buz kimidir”, “ovcumun içi yanır” və bunlara oxşar ifadələr eşidirik.  Əllərdə baş verən dəyişikliklərlə bağlı tez-tez “əllərim buz kimidir”, “ovcumun içi yanır” və bunlara oxşar ifadələr eşidirik. 

Əllərdə baş verən bu və digər hallar sağlamlıqda yaranan problemlər haqqında öz sahibinə xəbərdarlıq edir.

İlin fəsillərindən asılı olmayaraq, əgər əlləriniz həmişə soyuq olursa bu qan dövranındakı problemlərdən xəbər verir. 

Soyuq əllər anemiya, qanda hemoqlobinin səviyyəsinin aşağı olmasının da əlaməti ola bilər. Oturaq həyat tərzi sürən insanlarda bu hal daha tez-tez müşahidə olunur. Əllərinizdə daim istilik hiss edirsinizsə, ovcunuzun içi yanırsa bu qaraciyərin fəaliyyətindəki problemlərə işarədir. Bu hal onu göstərir ki, qaraciyər öz funksiyasını normal yerinə yetirə bilmir. Həmçinin ovucun qırmızı rəngdə olması da qaraciyər xəstəliklərindən, bu orqanın zədələnməsindən xəbər verir. Əllər tez-tez tərləyirsə, ovucun içi nəm olursa bu qalxanabənzər vəzdə problemlərin olmasını göstərir. Əl barmaqlarının ucları tünd qırmızı və ya bənövşəyi rəngə çalırsa bu həzm sistemində olan problemlərə işarədir. Əllərinizin içində sarımtıl rəng yaranırsa demək öd kisəsinin fəaliyyətində nasazlıq var. Əl barmaqlarının arasında qaşınma, dərinin qabıq verməsi göbələk xəstəliyinin əlamətidir və bu hal mövcud olarsa təcili dəri həkiminə müraciət etmək mütləqdir. Çünki bu digər infeksion xəstəliklərin əlamətlərinin də göstəricisidir. Barmaqların və əllərin tez-tez keyiməsi ləngimədən kardioloqa müraciət etməyə əsas verir. Belə keyimələr ürək damar sistemində hər şeyin qaydasında olmadığına xəbərdarlıqdır. Baş barmaqların keyiməsi isə tənəffüs sistemində yaranmış problemlərə işarədir. Əllərinizin xəbərdarlığına laqeyd qalmayın. Vaxtında həkimə müraciət edin ki, sağlamlığınız əllərinizin təbii hərarətini özünə qaytarsın./modern.az