ƏLİYEVLƏ ZELENSKİ GÖRÜŞÜNÜN ƏHƏMİYYƏTİ… POLİTOLOQ SADALADIbackend

ƏLİYEVLƏ ZELENSKİ GÖRÜŞÜNÜN ƏHƏMİYYƏTİ… POLİTOLOQ SADALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Elxan Şahinoğlu Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünü dəyərləndirib.

Tribunainfo.az yazıb ki, politoloqun fikrincə, görüş bir neçə səbəbdən əhəmiyyətlidir:

“Birincisi, bu görüş Azərbaycanın Ukraynanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması istəyini tərənnüm etdirir.

İkincisi, Azərbaycan dost Ukraynaya humanitar yardımlarını davam etdirəcək.

Üçüncüsü, Azərbaycan Ukraynaya daha çox yanacaq verməyə hazırdır.

Dördüncüsü, müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda dincəlmələri davam etdiriləcək. Ermənistan Ukraynaya yardım etmir. Halbuki, Ukraynada müharibəyə qədər azərbaycanlılarla ermənilərin sayı faktiki eyni idi. Ancaq müharibə zamanı Ermənistan Rusiyanın qorxusundan Ukraynaya yardım etməyib. Azərbaycanın Ukraynaya yardımı Vaşinqton tərəfindən də yüksək qiymətləndirilib. Prezident Volodimir Zelenski müharibədən sonrakı dövrdə Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını arzuladığını bildirib. İnşallah, bu da olacaq”.