“Üçtərəfli görüş olmasa da, Əliyevlə Paşinyan arasında ayaqüstü söhbət sübut etdi ki, tərəflər ikili danışıqlar apara bilir, vasitəçiyə lüzum yoxdur”. Bunu Tribunainfo.az-a siyasi şərhçi Ramiyə Məmmədova deyib. Onun dediyinə görə, Əliyevlə Paşinyan arasında sülh danışıqları ikitərəfli formatda aparıla,
Tiflisdə təşkil edilə bilər. Ekspert hesab edir ki, Rusiyanın moderator kimi iştirakı əhəmiyyət daşımır və Putin də buna təşəbbüs göstərmədi. Analitik ümid edir ki, gələn ilin payızında sülh sənədi imzalanacaq: “Danışıqlarda müsbət dinamika var. Bakı və İrəvan qarşılıqlı mesajlar verir, sülh mətni ilə bağlı məktublaşma gedir, son təkliflərə cavab verəcəyimizi Ermənistan gözləməkdədir. Ən azı sıfır nöqtəsindən çıxmışıq və kənar müdaxilə olmasa, tarixi sülh sazişi bağlana bilər”.