“İspaniyada keçiriləcək Qarabağ görüşündə iştirakdan imtina etdiyinə görə Türkiyə Azərbaycanı alqışlayır”.
Tribunainfo.az xəbər verir ki, Türkiyənin “Dailysabah.com” saytı belə yazıb. Sayt qeyd edir ki, Fransa və Almaniya Türkiyənin görüşdə iştirakına qarşı çıxıb.
AKP-nin mətbuat katibi Ömer Çelik Azərbaycanın görüşdən imtina etməsi ilə bağlı bunları deyib:
“Görüşdə Fransa, Almaniya, Avropa İttifaqı və Ermənistan iştirak edəcək. Azərbaycanı dəvət edirlər, amma Türkiyəni yox. Təsəvvür edirsinizmi? Prezidentimizin və Türkiyənin bu masada olmaması onların Qarabağın Azərbaycana-bölgənin qanuni sahibinə qayıtmasından narahat olduqları anlamına gəlir”.