Əliyevin çıxışı Ermənistanı qarışdırdıbackend

Əliyevin çıxışı Ermənistanı qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla bağlı bir sıra açıqlamalar verərək, etimad mühitinin yaradılması üçün hansı addımlar atılması gərəkdiyini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, dövlət başçısı bu sırada bir sıra mətləblərə toxunub.
Onlardan biri də Birinci Qarabağ müharibəsi zamanı Qarabağda azərbaycanlılara qarşı qətliamlar, hərbi cinayətlər törətmiş erməni hərbçilərinin cəzalandırılması ilə bağlı olub. Prezident “Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh əldə etmək istəyirsə, azərbaycanlı əsir və girovlara qarşı törədilən vəhşiliyi qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həm də iki ölkə arasında etimadın möhkəmləndirilməsinin effektiv vasitələrindən birinə çevrilə bilər”-deyə bildirib.
Dövlət başçısının bu açıqlaması Ermənistanı əməllicə qarışdırıb. News.am saytı yazıb ki, Prezident İlham Əliyevin bu fikirləri Ermənistana qarşı yeni tələb kimi başa düşülməlidir. “Rəsmi Bakının tələbi Birinci Qarabağ savaşında döyüşmüş və “milli qəhrəman” olanların həbsini ehtiva edir”.
Sayt buna imkan verilməməsini qeyd edib.
Lakin sosial şəbəkələrin erməni seqmentində gedən müzakirələr bir qədər fərqli olub. Bəzi ermənilər qeyd ediblər ki, Ermənistan Azərbaycanın bu tələbini yerinə yetirməlidir. Bunu da onunla əsaslandırıblar ki, bu addımı atmaqla sülh sazişini qısa müddətdə imzalamaq mümkündür.
Digər bir qism isə hesab edir ki, əgər Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı insanlığa qarşı cinayəıt törətmiş ermənilərin həbsini istəyibsə, Ermənistan hakimiyyəti onu tezliklə həyata keçirəcək. “Paşinyan indiyə qədər Azərbaycanın bir sözünü iki etməyib. Yəqin ki, bunu da edəcək. Çünki özünə də sərf edir. Həm Azərbaycanın tələbini yerinə yetirir, həm də düşmənlərini həbs etmək üçün bəhanə əldə edir”