Əliyev və Paşinyan Münhendə görüşəcək?

Əliyev və Paşinyan Münhendə görüşəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa və Avrasiya ilə əlaqələri koordinasiya edən Bayden administrasiyasının yüksək rütbəli rəsmisi Ermənistan-Azərbaycan sərhədində son hərbi eskalasiyanı şərh edib.

Tribunainfo.az xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen deyib : “Məncə, indiki gərginlik bir daha fəal diplomatiyanın vacibliyini göstərir” və əlavə edib ki, “biz tərəfləri bir-birinə daha da yaxınlaşdırmağa çalışacağıq”.

O`Brayen Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək dövlət katibi Entoni Blinkeni müşayiət edərək Avropaya getməzdən əvvəl jurnalistlərə açıqlama verib. Tədbirə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın da qatılacağı gözlənilir. O’Brayen Münhendə konkret görüşlərin keçirilə biləcəyi ilə bağlı sualına cavab verməkdən yayınıb.