“Əliyev və Paşinyan görüşməlidir”.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı bildirib.
Onun sözlərinə görə, “Ermənistan və Azərbaycan sabit sülh sazişi əldə etməlidir. Hər iki tərəf çətin kompromislərə getməyə hazır olsa, buna nail olmaq olar. Son bir neçə ayda belə bir şeyin şahidi olmamışıq. Prezident Əliyev və baş nazir Paşinyan gələn həftə görüşəcəklərini açıqlayıblar. Biz onların görüşməsinin və nəticədə iki ölkə arasındakı uçurumu aradan qaldırmasının vacib olduğunu düşünürük”.