İki ölkə liderlərinin görüşü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri hökumətin iclasında iyulun 15-də Brüsseldə Paşinyan-Mişel-Əliyev formatında üçtərəfli görüş keçiriləcək.
O bildirib ki, görüşdə iştirakını artıq təsdiqləyib.
“Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq”, – Paşinyan bildirib.
Paşinyan həmçinin xatırladıb ki, bir gün əvvəl Ermənistan və Azərbaycan sərhədində iki ölkənin baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin iştirakı ilə sərhədin delimitasiyası məsələləri üzrə iki ölkənin komissiyalarının birgə iclası keçirilib.