“Paşinyan komandası qarşısında iki əsas vəzifə qoyub. Konstitusiyaya dəyişikliklər etmək və anklavlar məsələsini həll etmək. Üçüncü vəzifə də var – Paşinyanın yenidən seçilməsini təmin etmək. Bu işdə həm Türkiyə, həm də Azərbaycan kömək etməlidir”.
Tribunainfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Suren Zolyan çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev üçün əsas məsələ anklavlardır. “Əliyev üçün konstitusiya dəyişiklikləri daha çox simvolik məna daşıyır. Amma anklavlar məsələsi daha ciddidir. Azərbaycan Ermənistanı referenduma aparır və bu, yekun biabırçılıq olacaq”.
Fərda Uğur