ƏLİYEV-PUTİN-ƏRDOĞAN- PAŞİNYAN GÖRÜŞÜ HARADA VƏ NƏ VAXT BAŞ TUTACAQ?

ƏLİYEV-PUTİN-ƏRDOĞAN- PAŞİNYAN GÖRÜŞÜ HARADA VƏ NƏ VAXT BAŞ TUTACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün tarixi və yeri barədə konkret məlumat yoxdur. Tribunainfo.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

“Görüşün tarixi və yeri ilə bağlı konkret məlumat yoxdur. Hələlik məsələ təklif səviyyəsində qalır”, – deyə agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti ABŞ-a yola düşməzdən əvvəl keçirdiyi brifinqdə Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüş keçirmək niyyətində olduğunu bildirmişdi.
Ərdoğan onu da bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan hələlik təklifə cavab almayıb.