ƏLİYEV PAŞİNYANLA GÖRÜŞMƏKDƏN İMTİNA ETMƏYİB – RƏY

ƏLİYEV PAŞİNYANLA GÖRÜŞMƏKDƏN İMTİNA ETMƏYİB – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qranadada Paşinyanla görüşdən imtina etməyib, görüşün keçirilməməsinə səbəb rəsmi Parisdir.

Tribunainfo.az xəbər verir ki, bu məlumatı politoloq Zaur Məmmədov paylaşıb. O bildirib ki, məlum olduğu kimi, bugünlərdə Avropa İttifaqının platformasında Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməli idi. Lakin Fransa XİN rəhbərinin dünənki bəyanatı, Şarl Mişelin son açıqlaması və eyni zamanda, Almaniya və Fransanın Türkiyə liderinin görüşdə iştirak etməsinə qarşı çıxmaları o demək idi ki, bu danışıqların keçirilməsinin heç bir mənası yoxdur:

“Üstəgəl, BMT – nin etnik təmizləmə olmayıb və sair bəyanatları fonunda Azərbaycanın Ermənistan, Fransa və bəzi Qərb dairələri tərəfindən ittiham edilməsi onların Qranadada məqsədlərini sülh müqaviləsinin imzalanması yox, rəsmi Bakıya təzyiq etmə olduğunu göstərir”.