ƏLİYEV-PAŞİNYAN BRÜSSELDƏ GÖRÜŞMƏYƏCƏK – KLAARbackend

ƏLİYEV-PAŞİNYAN BRÜSSELDƏ GÖRÜŞMƏYƏCƏK – KLAAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əliyev-Mişel-Paşinyan arasında üçtərəfli görüş oktyabrın sonunda Brüsseldə planlaşdırılırdı.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “APRI Ermənistan” analitik mərkəzinin forumunun iştirakçılarına videomüraciətində bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü baş tutmayacaq.

Klaarın sözlərinə görə, vaxt az olduğu üçün görüş baş tutmayacaq.
Bundan əvvəl Aİ rəhbəri Çarlz Mişel bildirmişdi ki, Paşinyan və Əliyev oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər.