“Əliyev nə əmr etsə, Paşinyan onu da edəcək”

“Əliyev nə əmr etsə, Paşinyan onu da edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hər il Vardavar (Su) Bayramı keçirilir.

Tribunainfo.az xəbər verir ki, ilin ən isti ayında keçirilən bu bayramın əyləncəli olması da bir ayrıca məziyyətdir.

Çünki insanlar həmin gün bir birilərinin üzərinə su atır, su şənlikləri təşkil edir. Bu il keçirilən bayramda isə 160 min adamın iştirak etdiyi deyilir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamasında Vardavarı ermənilərin “ən qədim bayramı” kimi təqdim edib.

Tribunainfo.az xəbər verir ki, azərbaycanşünas Tatevik Ayrapetyan bununla bağlı paylaşımında yazıb ki, Paşinyan sabah sözünü dəyişə bilər. “Sabah Azərbaycan Prezidenti İlham Əliyev desə ki, Vardavar bayramı ləğv edilməlidir, Paşinyan onun əmrini dərhal yerinə yetirəcək”.

Fərda Uğur