“Nikol Paşinyana elə gəlirdi ki, 10 noyabr razılaşmasının bəndini yerinə yetirərkən, Qərbin himayəsi altında Azərbaycana Sünikdən yolun verilməsi bəndini özündə əks etdirməyən sülh sazişi imzalaya biləcək”. Tribunainfo.az xəbər verir ki, bunu Erməni Milli Konqresi sədr müavini Levon Zurabyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan bu məqsədlə o, Qarabağı “qurban verdi”. “Ümid edirdi ki, bundan sonra Qərb Azərbaycanı bu yeni planı imzalamağa məcbur edəcək. Lakin bu baş vermədi”.
O hesab edir ki, Paşinyan dalana dirənib. “O, imzasını geri götürsə, bu, Bakıya hərbi əməliyyatlara başlamaq üçün bəhanə verəcək. Əgər geri götürməsə, öhdəliklərini yerinə yetirməlidir”.
Zurabyan hesab edir ki, artıq vaxt qalmayıb. “Müharibə başlamamaq üçün Bakıya çəkindirici qüvvə lazımdır. Bunu kim edə bilər ki, bu gün beynəlxalq hüquq işləmir, yalnız güc amili işləyir. Əgər Ermənistan hakimiyyəti müvafiq istiqamət götürsə, bu təşəbbüs Qərbdən gəlməlidir. Əks halda, Paşinyan Rusiya ilə ortaq dil tapmağa çalışmalıdır”.
O sonda belə bir qənaətə gəlib ki, “Əliyev hansı məntəqələrin adını çəkibsə, onları götürəcək”.