Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı təhlükəsizliyin təminatında hərbi sənayenin, güclü ordu quruculuğunun yeni inkşaf mərhələsini əsas prioritet olaraq götürüldüyü mesajını verdi.
Tribunainfo.az yazır ki, bu barədə danışan siyasi analitik Yeganə Hacıyeva bildirib ki, hərbi sənayenin inkişafının 2-ci mərhələsi həm də bu sahədə xarici asılılığın aradan qaldırılmasını hədəfləyir:
“Bu, ölkə iqtisadiyyatında həm də yeni istehsal sahələri deməkdir”.