backend

Elitar Gimnaziyada “Aprel zəfəri”-TƏDBİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə vətənpərvərlik və hərb tariximizin yeniyetmələr arasında təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilir. 

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə vətənpərvərlik və hərb tariximizin yeniyetmələr arasında təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilir.

Vətənpərlik tədbirlərinin davamı olaraq, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Aprel döyüşlərində şəhid olmuş əsgərlərin xatirəsinə həsr edilmiş “Aprel zəfəri” adlı tədbir keçirilmişdir.

Tədbir Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.

Tədbiri giriş sözü ilə açan İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışmışdır.

Daha sonra Qafqaz Müsəlmanları idarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirdi ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. O, torpaq uğrunda həyatını qurban verən əsgərlərimizin ən ali məqama şəhidlik zirvəsinə ucaldıqlarını bildirdi.



 

Elitar Gimnaziyanın valideyni olmuş Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və şəhid mayor Rasim Məmmədovun qardaşı Aslan Məmmədov çıxış edərək 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən danışaraq qeyd etdilər ki, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından və bu döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimiz üçün doğma Vətən torpaqlarının hər bir qarışının nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər.

Tədbirdə Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və diğər qonaqlar çıxış edərək , bildirdilər ki, Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.

Daha sonra qonaqlar Elitar Ginnaziyanın şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları səhnəciyə və Müdafiə Nazirliyinin Mərkəzi Zabitlər evinin mahnı və rəqs ansamblının solistlərinin ifasında kompozisiyaya tamaşa etdilər.