Əlisa Nicatın yaşadığın evin həyətini su basdıbackend

Əlisa Nicatın yaşadığın evin həyətini su basdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yağışlar səbəbindən kanalizasiyalar daşır, bizim həyətimizi su basıb. Eybi yox, həyətdir, bizə zərəri yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış yazıçı Əlisa Nicat deyib.

Ə.Nicat hazırda vəziyyətinin normal olduğunu bildirib: “Hər şey qaydasındadır. Amma heç kim axtarmır. Bir nəfər hansısa kanaldan gəlmişdi, sonra səsi çıxmadı. Başqa yada salan yoxdur. Xəbərləri hər gün izləyirəm. Elə bütün gün bununla məşğulam. Xeyli fəlsəfi yazılar da yazmışam. 32-ci cild külliyatım bir həftəyə çapdan çıxacaq. Sonra 33-cü cildi çap edəcəyik. Mən hər şeyə real baxıram, yaxşı bilirəm, nə var, nə yox. Dünyada hələ belə kitab çıxmayıb. O kitabda nələr var, Allah bilir. Şahbaz Xuduoğlu ilə görüşmək istəyirəm. Mircəfər Bağırov haqqında trilogiyam var. Vaxtilə nəşr olunub, sürətlə satılıb qurtarıb. Birinci və üçüncü hissəsi külliyyatdan başqa, ümumiyyətlə, çap olunmayıb. Demişəm ki, onu min tirajla çap edək, rahat satılar. Mircəfər Bağırov hamını maraqlandırır. Buna görə də yaxşı gəlir gətirə bilər…”

Ə.Nicat bir müddət öncə “Azərbaycanda indi yazıçı, şair yoxdur” sözlərinin gənc yazıçılar tərəfindən narazılıqla qarşılanmasına da münasibət bildirib: “Deyirlər ki, yazıçı da, şair də var, amma dövlət dəstəyi yoxdur. Xeyr, dövlət dəstəyi ilə əlaqəsi yoxdur. Güclü, fövqəladə əsər bütün maneələri yarır. Mümkün deyil. Nadir hadisədir ki, Azərbaycanda bugünkü reallıqların dərin mənalı, fəlsəfi mahiyyətini açıb göstərən, yüksək fövqəladə, fəlsəfi şəkildə yazılan bir əsər olsa, o dəqiqə camaatımız oxuyacaq. Demirəm ki, 100 min tirajla satılacaq. İndi kitab oxuyanların sayı azalıb. Gənclərin səviyyəsi yoxdur. Amma fövqəl bir əsər çıxsa, qalmaz, diqqəti cəlb edər. Yaxşı əsər yazan 20-50 yaş arası cavan yazıçılar yoxdur. Siz tanıyırsınız? Yoxdur. Buna görə də səviyyələri pisdir. Deyirlər ki, son 50 ilin ən güclü yazıçısı Əkrəm Əylislidir. Düzgün fikirləşmirlər. Sübut etsinlər ki, Əkrəmin hansısa əsəri fövqəladə qüdrətə malikdir, doğrudan da, dünya ədəbiyyatında yer tuta bilən hadisədir… Əkrəmin belə əsəri var? Mənə sübut etsinlər ki, səhv deyirəm. “Daş yuxular”dır… O da ki, bilirsiniz. Budur də. Buna görə də indi şairlər, yazıçılar özləri haqqında əsası olmayan yüksək fikirdədirlər”.