“Elips-R LTD” tikinti şirkətinə 35 min manat cərimə – SƏBƏBbackend

“Elips-R LTD” tikinti şirkətinə 35 min manat cərimə – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşların şikayət əsasında tikinti şirkəti “Elips-R LTD” MMC ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, tikinti şirkəti ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, şirkət İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 253.3.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

“Elips-R LTD” ilə bağlı işə Bakı Apellyasiya Məhkəməsində 10 oktyabr tarixində baxılacaq. İş hakim İbrahim İbrahimlinin icraatındadır.

Qeyd edək ki, “Elips-R LTD” inşaat şirkəti 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Cəfərova Bikəxanım Əyyub qızı göstərilsə də, mətbuatda onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşova məxsus olması barədə iddialar var.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim