Xəbər verdiyimiz kimi, Şəmkirdə otlaq sahədə heyvan otaran 16 yaşlı İlham Qarayevi ildırım vuraraq öldürüb.
Tribunainfo.az xəbər verir ki, oğluna zəng çatmağını görən atası onun qoyun otardığı əraziyə gedib və oğlunun öldüyünü görüb.
“Göy guruldayanda getdim qabağına, gördüm yıxılıb. Əynimdəki kurtkanı altına saldım. Əlimi ürəyinə qoydum, qolunu tutdum nəbzi vurmurdu. Telefonu qırılmışdı, sinəsi də yanmışdı”, – İ. Qarayevin atası deyib.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: