“Bir valideyn, şəhid atası kimi Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə əlimə silah götürməyə hazıram”.
“Bir valideyn, şəhid atası kimi Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə əlimə silah götürməyə hazıram”.
TİA.AZ-ın məlumatına görə, bu fikirləri şəhid Çingiz Qurbanovla vida mərasimində atası Salman Qurbanov bildirib.
Şəhid atası oğlunun nəşinin erməni tərəfindən geri alınmasına görə, Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib: “Oğlumun nəşinin geri alınmasında ailəmizə köməklik etdiyi üçün Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, cənab nazir Zakir Həsənova, bu işdə əməyi olan dövlət qurumlarına ailəmiz adından dərin minnətdarlığımı bildirirəm. Oğlumun erməni kəşfiyyat diversiya qrupunun dövlət sərhəddimizi pozmağa çalışdığı döyüşdə şəhid olmasının 40-cı günüdür. Cənab nazir, sizdən öz minnətdarlığımı Ali Baş Komandanı İlham Əliyevə çatdırmağı xahiş edirəm. Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, şəhid Çingiz Qurbanovun dəfn mərasimi Qusar rayon Şəhidlər Xiyabanında olacaq.