Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Günay Hüseynova bu gün Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasına edilən dəyişikliyi şərh edərkən məlumat verib.
O bildirib ki, sözügedən dəyişikliyə əsasən, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə müalicə müddəti gözlənilmədən göndərişlərin rəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı artırılıb:
“Əvvəllər 5 istiqamət üzrə müalicə müddəti gözlənilmirdi. Bunlara əqli pozuntular, anatomik çatışmazlıqlar, dərmana davamlı vərəm formaları, 4-cü mərhələ onkoloji xəstəliklər və 5-ci mərhələ xroniki böyrək xəstəlikləri aid idi. Bu məqsədlə müalicə müddəti gözlənilməyən xəstəliklərin siyahısı artırlıb, təqribən 15 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb. Bu hal vətəndaş məmnuniyyətini artıracaq”.
Onun sözlərinə görə, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi- sosial ekspertiza müayinəsinə müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, autizm və bir çox hematoloji xəstəliklər və s. daxildir.
Müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin SİYAHISI
Sıra
№-si |
Xəstəlik, zədə və ya çatışmazlıq | XBT-10
(kod) |
Xüsusi şərt |
1 | 2 | 3 | 4 |
1. | Transplantasiya olunmuş ağciyərin olması | Z94.2 | |
2. | Ağciyərin qazanılma olmaması | Z90.2 | Bir ağciyərin olmaması |
3. |
Ağciyər sarkoidozu |
D86.0 |
III dərəcə ağciyər
sarkoidozu, III dərəcə tənəffüs çatışmazlığı ilə |
4. |
Vərəm |
A15 |
Multirezistent və ya çox- saylı dərmanlara davamlı vərəm |
5. | Süni ürək ritmi aparıcısının olması | Z95.0 | |
6. | Transplantasiya olunmuş ürəyin olması | Z94.1 | |
7. | Transplantasiya olunmuş ürək və ağciyərin olması | Z94.3 | |
8. |
Yumşaq toxumalarda qalmış yad cisim |
M79.5 |
Miokardda və beyin maddəsində yad cismin
olması |
9. | Ağciyər-ürək çatışmaz- lığının digər formaları | I27 | Ağciyər hipertenziyası funksional sinif IV |
10. | İleostomanın olması | Z93.2 | |
11. | Kolostomanın olması | Z93.3 | |
12. |
Qaraciyərin fibrozu və sirrozu |
K74 |
Dekompensasiya olunan qaraciyər sirrozu-F4 mər- hələ, assit |
13. | Transplantasiya olunmuş qaraciyərin olması | Z94.4 | |
14. | Xroniki böyrək xəstəliyi | N18.4, N18.5 |
1 | 2 | 3 | 4 |
15. |
Böyrəyin qazanılma olmaması |
Z90.5 |
Yeganə tək böyrəkdə xro-
niki böyrək çatışmazlığı II mərhələdən başlayaraq |
16. | Transplantasiya olunmuş böyrəyin olması | Z94.0 | |
17. | Sistostomanın olması | Z93.5 | |
18. | Sidik traktının süni dəliyinin olması | Z93.6 | |
19. | Sidik-cinsiyyət implantla- rının olması | Z96.0 | |
20. | Talassemiya | D56 | |
21. | Orağabənzər hüceyrə pozuntuları | D57 | |
22. | Digər irsi hemolitik anemiyalar | D58 | |
23. |
Digər köçürülmüş orqanın və ya toxumanın olması (sümük iliyinin və kötük
hüceyrələrin köçürülməsi) |
Z94.8 |
|
24. | VIII amilin irsi defisiti | D66 | |
25. | IX amilin irsi çatışmazlığı | D67 | |
26. |
Laxtalanmanın digər pozuntuları | D68.0-
D68.2, D68.5 |
|
27. | Trombositlərin keyfiyyət qüsurları | D69.1 | |
28. | İnsan immunçatışmazlığı virusu | B20- B24 | II mərhələdən başlayaraq |
29. | İrsi eritropoetik porfiriya | E80.0 | |
30. |
Mərkəzi sinir sisteminin
miеlinsizləşmə ilə gеdən xəstəlikləri |
G35- G37 | |
31. | Serebral iflic | G80 | Serebral iflicin ağır formaları |
32. | Spinal əzələ atrofiyası və oxşar sindromlar | G12 | |
33. | Uşaq autizmi | F84.0 | |
34. | Atipik autizm | F84.1 | |
35. | Retta sindromu | F84.2 | |
36. | Asperger sindromu | F84.5 |