AXCP sədrinin müavini Gözəl Bayramlı Qazax Gömrük Keçid Məntəqəsində saxlanılıb.
AXCP sədrinin müavini Gözəl Bayramlı Qazax Gömrük Keçid Məntəqəsində saxlanılıb.
Modern.az saytının məlumatına görə, Milli Şura üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, gömrük işçiləri Gözəl Bayramlinin çantasından 10 min saxta dollar aşkar etdiklərini bildiriblər.
“Gözəl Bayramlı bu gün səhər saat 06.00 radələrində Dövlət Sərhəd Xidmətinin Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən regional İdarəsinə gətirilib.
Az öncə isə o, adı çəkilən idarədən çıxarılıb və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının iştirakı ilə Bakıya gətirilir. Ona cinayət işi açılıb və bu gün məhkəmə önünə çıxarılaraq haqqında həbs qətiimkan tədbiri seçiləcəyi gözlənilir”-deyə o məlumat verib.