Xəbər verdiyimiz kimi, avqustun 3-də baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Bakının Heydər Əliyev prospektində idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili ilə ağır qəza törədib. Xəbər verdiyimiz kimi, avqustun 3-də baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Bakının Heydər Əliyev prospektində idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili ilə ağır qəza törədib.
Yüksək sürətlə hərəkətdə olan avtomobil “VAZ-2115” markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışaraq yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada isə ağır yaralanıb.
Yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş olub. Onlar müxtəlif dərəcədə bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Belə ki, Mutallib Tekiş 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko), Songül Tekiş isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Lakin yaralıların hər ikisinin vəziyyəti ağır olduğu üçün “Baku Medical Plaza”ya köçürülüblər.
Onların vəziyyəti ilə bağlı xəstəxananın baş həkimi Lalə Şəkərova ilə əlaqə saxladıq. O, qaynarinfo-ya açıqlamasında hər ikisinin vəziyyətinin ağır olduğunu bildirdi:
“Hər ikisi dünən bizim xəstəxanaya qəbul olunub. Mutallib Tekiş hazırda reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub, çox sayda travması var – politravmadır. Xanım isə dünən əməliyyat olunub. İndi isə reanimasiya şöbəsindən stasionar şöbəyə köçürülüb”.