Əli Həsənovun nəvəsini hansı cəza gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.  Xəbər verdiyimiz kimi, avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

Qəza nəticəsində “Galendewagen” markalı avtomobildə olan Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər.
Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bu gün yaydığı məlumata görə, faciəyə səbəb olan “Gelandewagen”in sükanı arxasında Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.

DİN bəyan edib ki, 2 nəfərin ölümünə, 2 nəfərin isə yaralanmasına səbəb olan sürücü Nail Allahverdiyev cinayət məsuliyyətinə cəlb olunacaq.

Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə görə, qəzaya səbəb olan sürücünü – Nail Allahverdiyevi qanunvericiliyin tələbi ilə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.