Bakıda “Gelandavagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin ilk məhkəmə iclasında anket məlumatları yoxlanılarkən səhvə yol verilib.
Bakıda “Gelandavagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin ilk məhkəmə iclasında anket məlumatları yoxlanılarkən səhvə yol verilib.
Report-un xəbərinə görə, məhkəmə prosesində onun hərbi xidmətdə olmadığı bəyan edilsə də, əslində, N.Allahverdiyevin xidmət etdiyi məlum olub.
Belə ki, N.Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində xidmət edib
Xatırladaq ki, N. Allahverdiyev dünən baş tutan məhkəmə prosesində hərbi xidmətdə olması ilə bağlı sualı cavablandırarkən mənfi cavab vermişdi.
TİA.AZ