Əli Əsədovun Baş nazir təyin edilməsini xüsusi qeyd edəcəm.
Tribunainfo.az yazır ki, bu sözləri deputat Razi Nurullayev bildirib. Əli Əsədovu Baş nazir təyin olunması münasibətilə təbrik edən deputat bildirib ki, təyinata çox sevinib və onun lehinə səs verib:
“Səsvermənin də mənim üçün məqamları var. Sadəcə səs vermək, bir də həvəslə səs vermək. Əli müəllimə həvəslə səs verdim! Bunun üçün öz əsaslı səbəblərim var. Hətta, Əli müəllimin Baş nazir təyin edilməsini qeyd də edəcəm.
Ölkəmiz üçün xeyirli olsun!”.
Roman