Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Tribunainfo.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə namizədliyi irəli sürülüb.
Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.
Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.
Milli Məclisin deputatlarından 105 nəfər Ə.Əsədovun Baş nazir olmasının leyinə, 1 nəfər isə əleyhinə səs verib.
Daha sonra Ə.Əsədov daha sonra çıxış edib. O, Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib. Eyni zamanda, vəzifəyə təyinatına razılıq verilməsinə görə, Milli Məclisin deputatlarına minnətdarlığını bildirib.