“473 məktəbin əsaslı təmirə ehtiyacı var”.
Tribunainfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir. Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub. Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır”, – deyə Baş nazir bildirib.