Tez-tez efirlərdə aparıcılar tərəfindən efir mədəniyyətinə zidd hərəkətlər qeydə alınır.
Növbəti qalmaqallı addım ARB ekranlarında Elgiz Əkbərin aparıcılığı ilə yayımlanan “Səhər-Səhər”verilişində atılıb.
Minval.info xəbər verir ki, verilişdə Əli Mirəliyevin çox danışdığını iddia edərək Elgiz Əkbər onun ağzını yapışqanla bağlayıb.
Sonra Əli Mirəliyevi, “Mən dərmanlarla yaşayıram” deyərək studiyanı tərk edib. Daha sonra isə o, ağzındakı yapışqanı çıxarıb və studiyaya qayıdıb.