Qaradağ rayonunun Ələt qəsəbəsində 2 nəfər dənizdə boğulub.
Onlardan birinin meyiti sudan çıxarılaraq təhvil verilib.
Digər şəxsin isə axtarışları hələ ki, nəticə verməyib.
Qeyd edək ki, batan şəxslərlə birlikdə olan üçüncü şəxs isə son anda xilas edilərək ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
***
Ələt qəsəbəsində batan digər şəxsin də meyiti sudan çıxarılıb.
FHN-nin yaydığı məlumatda bildirilib ki, avqustun 11-də Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.