Ələt azad iqtisadi zonası ilə bağlı sərəncamda dəyişiklik edildibackend

Ələt azad iqtisadi zonası ilə bağlı sərəncamda dəyişiklik edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, sənəddə aşağıdakı dəyişikliklər edilib:
“1. 1-ci hissə ilə yaradılmış İşçi qrupun tərkibi aşağıdakı redaksiyada verilsin:
“İşçi qrupun rəhbəri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
İşçi qrupun üzvləri:
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
Salyan Rayon İcra Hakimiyyətinin başçısı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.”.
2. 2-ci hissə üzrə:
2.1. birinci abzasdan “müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə” sözləri çıxarılsın;
2.2. 2.1-ci bənddən “və onun həyata keçirilməsinin ətraflı planını” sözləri çıxarılsın;
2.3. 2.2-ci bənddən “ərazi sərhədləri, həmin sərhədlər daxilində” və “hüdudları, Azad Zona ərazisinin” sözləri çıxarılsın;
2.4. 2.4-cü bənd üzrə:
2.4.1. birinci abzasdan “ilkin mərhələdə” sözləri çıxarılsın;
2.4.2. 2.4.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.4.2. əsas nəqliyyat və mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərin, digər xidmətlərin təmin edilməsi planını;”;
2.4.3. aşağıdakı məzmunda 2.4.3–2.4.5-ci yarımbəndlər əlavə edilsin:
“2.4.3. mühəndis-axtarış işlərinin nəticələrini, o cümlədən mühəndis-geoloji axtarışların nəticələrini əks etdirən materialları;
2.4.4. ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları;
2.4.5. aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün xərclər proqnozunu:
2.4.5.1. mövcud tikililərin və mühəndis-kommunikasiya qurğuları və xətlərinin köçürülməsi;
2.4.5.2. bu Sərəncamın 2.1-ci bəndində göstərilən inkişaf konsepsiyasının həyata keçirilməsi;
2.4.5.3. bu Sərəncamın 2.4.2-ci yarımbəndində göstərilən işlərin həyata keçirilməsi.”;
2.5. 2.5-ci bənd ləğv edilsin.
3. 3-cü hissə ləğv edilsin”.