Media eksperti, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə istintaq orqanının təqdimatına baxılıb.
APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul olunub.
Xətai Rayon Məhkəməsində, həmçinin “Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul olunub.