Avstraliya Milli Universitetinin yeni araşdırması hökumətin elektron siqaretlərə girişi əngəlləmək çağırışını dəstəkləmək üçün istifadə olunur.
Elektron siqaretlər tez-tez siqaret çəkməyə “daha yaxşı” alternativ kimi qeyd olunur, lakin dərc edilən yeni hesabatda qəsdən zəhərlənmə də daxil olmaqla, bir çox risk müəyyən edilib.
Tədqiqata rəhbərlik edən professor Emili Benks deyib məsələ barəsində fikirlərini belə ifadə edib:
“Ağciyərlərimiz təmiz hava ilə nəfəs almaq üçün yaradılıb. Halbuki elektron siqaretdən istifadə edən insanlar 240 kimyəvi maddədən ibarət kompleks kimyəvi kokteyllə nəfəs alırlar”.
Nikotinsiz elektron siqaretlərin toksikoloji analizlərində 240-dan çox kimyəvi maddə aşkar edilib. Bu, adi siqaretlərdə təxminən 7000 kimyəvi maddəyə uyğundur. Bu kimyəvi maddələrin ən azı 38-i zəhərlər siyahısına salınıb, digər 27-si isə mənfi sağlamlıq nəticələri ilə əlaqələndirilib.