ELEKTRON SİQARET BU XƏSTƏLİYƏ YOL AÇIR

ELEKTRON SİQARET BU XƏSTƏLİYƏ YOL AÇIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa birdəfəlik elektron siqaretləri qadağan etməyə hazırlaşarkən, mütəxəssislər gənclər arasında sürətlə yayılan elektron siqaretlərin astma xəstəliyinə səbəb olduğu barədə xəbərdarlıq edir.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, KOAH Xəstələri Dərnəyinin sədri, Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Mecit Süerdem, “Elektron siqaretlərin tüstüsü siqaret tüstüsü kimi ağciyərlərə zərər verə bilər və ağır tənəffüs çatışmazlığına və ağciyərlərin zədələnməsinə səbəb ola bilər” deyib.

Qeyd edək ki, Koreyada orta məktəb şagirdləri arasında elektron siqaretdən istifadə ilə astma xəstəliyinin baş verməsi arasındakı əlaqəni qiymətləndirən araşdırmada, elektron siqaret çəkənlərdə bu xəstəliyin iki dəfə daha çox olduğu aşkar edilib.