ELEKTRON SİQARET BU ÖLKƏDƏ QADAĞAN EDİLDİbackend

ELEKTRON SİQARET BU ÖLKƏDƏ QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə 14-17 yaşlı gənclər arasında elektron siqaretdən istifadə nisbəti hər 6 nəfərdən 1-ə yüksəlib.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, Avstraliya hökuməti gənclər arasında istifadəsi sürətlə artan elektron siqaretləri qadağan etmək qərarına gəlib.

Avstraliyanın Səhiyyə naziri Mark Butler bildirib ki, elektron siqaretdən istifadə orta məktəblərdə daha çox yayılır və ibtidai məktəblərdə artan problemə çevrilir.

“Elektron siqaretlər uzun müddət siqaret çəkənlərin müalicəsinə kömək etmək üçün dünyanın müxtəlif yerlərində hökumətlərə və icmalara satılıb. Onlar əyləncə məhsulu kimi satılmır. Xüsusilə də uşaqlarımız üçün”, -Butler bildirib.

Elektron siqaretlər tütün asılılığından xilas olmaq istəyənlər üçün alternativ olaraq təqdim edilsə də, bunun əvəzində qlobal miqyasda gənclərin və uşaqların istifadə etdiyi yeni bir vərdişə çevrildi.

Səhiyyə naziri Butler bildirib ki, yeni tənzimləmə ilə reseptsiz elektron siqaretlərin idxalı da qadağan olunacaq və elektron siqaret məhsulları dərmana bənzər paketlərdə satılacaq.

Tribunainfo.az