ELEKTRON MƏHKƏMƏ SİSTEMİ DƏ TƏTİLƏ ÇIXDI… SİSTEM ÇÖKƏCƏK, ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMIR…

ELEKTRON MƏHKƏMƏ SİSTEMİ DƏ TƏTİLƏ ÇIXDI… SİSTEM ÇÖKƏCƏK, ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Geridə qoyduğumuz 9 günlük qeyri-iş günü müddətində “Elektron Məhkəmə Sistemi” də işləməyib. Ədliyyə Nazirliyinin sistemi baxımsız qoyması səbəbindən ərizə və şikayətlərə də baxılmayıb.

Tribunainfo.az yazır ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat paylaşıb. O bildirib ki, ilk iş günü sistemdəki problem aradan qaldırılsa belə, bir sıra şikayət və müraciətlər üçün müddətin son günüdür:

“Bu qeyri-iş günləri ərzində “Elektron Məhkəmə Sistemi” də işləmir. Onun vasitəsilə iddia ərizəsi, şikayət və s. göndərmək mümkün deyil. Bu o deməkdir ki, Ədliyyə Nazirliyi sistemi baxımsız qoyub.

Bu gün ilk iş günüdür. Sistemdəki problemlər aradan qaldırılsa belə, çoxsaylı müraciətlərə (çünki bir sıra iddia və şikayətlər üçün müddətin son günüdür) davam gətirə biləcəyi sual altındadır. Bu isə o deməkdir ki, iddia, şikayət və s. müraciətlərin vaxtında verilməməsi təhlükəsi mövcuddur.
Sivil dünya elektron sistemləri ona görə yaradır ki, insan faktorundan asılı olmasın. Bizdə isə elektron sistemlər də məmurlarla bərabər istirahət edir”.