Elektron həkim reseptlər hansı çətinliklər yaradacaq? – Həkim cavablandırır

Elektron həkim reseptlər hansı çətinliklər yaradacaq? – Həkim cavablandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektron resept dövrü gəlir.
Bir çox ölkədə olduğu kimi bizdə də reseptlər rəqəmsallaşdırılır. Həkimlərin işi asanlaşər, vaxta qənaət olacaq. Ancaq bizdə əhali hazır deyil bu yeniliyə.

Tribunainfo.az yazır ki, bu barədə həkim Vaqif Qarayev yazıb. O bildirib ki, bu modern tətbiqə uyğunlaşmaq üçün uzun zaman lazımdır. Çünki Azərbaycanda yaşlı nəsil hələ də internetdən istifadə qaynasını yaxşı bacarmır:

“Dünya ilə ayaqlaşmaq yaxşıdır, amma dərmanların qəbul qaydasını xəstə ilə üzbəüz oturmadan izah etmək çətin məsələdir. Qəbulda başa salrsan ki, məsələn, 1 ölçü qaşığı gündə 3 dəfə. bax bu 1 və 3 rəqəmi on anadan doqquzunu çaşdırır. Ona görə də əksəriyyət geri zəng vurub dərmanın təkrar-təkrar qəbul qaydasını soruşur. Bu baxımdan çətin olacaq.

Həmçinin yazdığın dərman aptekdə yoxdursa, əvəzedici üçün yenə geriyə zəng vurmalı olur pasiyentlər. Nəzərə alsaq ki, aptekə daha çox yaşlı və xronik xəstələr müraciət edir, onların hamısının internetdən anlayışlı olması şübhəlidir. Modern tətbiqdir, iqnor etməyək. Amma əhali hazır deyil bu yeniliyə. Uzun vaxt lazımdır”.