Elektrik mühərriki ilə hərəkətə gətirilən avtobuslar 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədə olacaq.