“Elə məsələlər var ki, biz bilə bilmərik” – Deputat quru sərhədlərin açılmasından DANIŞDIbackend

“Elə məsələlər var ki, biz bilə bilmərik” – Deputat quru sərhədlərin açılmasından DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə quru sərhədlərin açılması ilə bağlı müzakirələr baş tutub.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib ki, ümumilikdə sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.

Mərkəzi Bankın sədri Taleh Kazımov isə sərhədlərin açılmasının iqtisadi aktivliyə, əmtəə və xidmətlərin idxal və ixracına təsirləri ilə bağlı qiymətləndirmələrin aparılmadığını bildirib.

Qeyd edək ki, artıq uzun müddətdir ki, quru yollardan istifadə edə bilməyən insanlar da kəskin şəkildə narazılıqlarını bildirirlər.

Maraqlıdır, gələcəkdə bu məsələ ilə bağlı hər hansı dəyişiklik gözlənilirmi?

Sərhədlərlə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, quru sərhədlərinin açılması ilə bağlı söz söhbət gedir:

“Milli Məclisdə də bu barədə mütəmadi fikirlər səsləndirilir. Mən də bu məsələyə toxunmuşam. Quru sərhədlərinin açılması bir sıra məsələlərlə əlaqədardır. Başa düşürəm, əhali üçün vacibdir, kənarda yaşayanlar kifayət qədərdir, hamının imkanı yoxdur ki, təyyarə ilə gəlib getsin. Onda mən təklif etdim ki, heç olmasa, Rusiya və Gürcüstanla sərhədi açaq, xüsusi rejim tətbiq edək ki, insanların gedib gəlmək imkanları olsun.

Amma hələlik indi müəyyən qədər hesab edirlər ki, sərhədi açmaq tezdir. Koronavirus faktiki olaraq yox səviyyəsindədir. Kifayət qədər gəlirli bir ciddi problem yoxdur. Amma indi bu məsələ açıq qalır. Əlbəttə, iqtisadiyyata təsiri var. Şimalda, cənubda, sonra Qazax, Ağstafa tərəfdən quru sərhədlə insanlar gedirlər, ərzaq və qeyri-ərzaq mübadiləsi olurdu və s. İndi müəyyən qədər bağlı olması həmin əhalinin həyat şəraitində müəyyən təsir edir. Mən dediyim variant yəni xüsusi rejimlə sərhədi açmaq yaxşı olardı.  Amma indi hökumət baxır, fikirləşir. Yəqin başqa məsələlərdə var, elə məsələlər də var ki, biz bilə bilmərik”.