“Elə deputatlar var ki, beş ildə 5 dəfə ağzını açıb danışmayıb” – Hüquq müdafiəçisi

“Elə deputatlar var ki, beş ildə 5 dəfə ağzını açıb danışmayıb” – Hüquq müdafiəçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Parlament seçkilərinin təşkili, namizədlərə siyasi baxışından asılı olmadan eyni şərait yaradılması hakimiyyət tərəfindən təmin olunmalıdır. Artıq Qarabağ tam azaddır, rus hərbi kontingenti də çıxdı, indi diqqəti daxili inkişafa, siyasi palitranın yenilənməsinə yönəltmək lazımdır. Fikrimcə, seçki islahatları aparılmalı, yeni deputat seçkiləri demokratik keçirilməlidir”.

Bu fikirləri Tribunainfo.az-a “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi, hüquq müdafiəçisi Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, noyabra qədər parlament seçkiləri keçiriləcək və Milli Məclisdə yeni simalar olacaq: “Hakimiyyət maraqlı olmalıdır ki, parlamentdə fərqli siyasətçilər, danışan, seçici ilə işləyən adamlar olsun. Elə deputatlar var ki, 5 ildə 5 dəfə ağzını açıb danışmayıb, başı biznesə qarışıb. Belə deputat dövlətə lazım deyil, iqtidara da faydası yoxdur, xalqa da. Elə deputatlar var ki, şəhid ailələri, qazilərlə bir dəfə maraqlanmayıb, seçicisi ilə görüşüb problemlərini soruşmayıb. Bu millət vəkilləri kimə lazımdır? Ona görə də yeni parlamentin tərkibi xalqın və dövlətin maraqlarına uyğun fəaliyyət göstərənlərdən təşəkkül tapmalıdır”.
Xəzər Teyyublu həm parlament, həm bələdiyyə seçkilərində iştirak haqda düşündüyünü bəyan edib.

Roman