Vüqar Mahmudovun Respublika Prokurorluğu tərəfindən həbs edildiyi bildirilir
TİA.AZ-a daxil olan məlumata görə bu dəqiqələrdə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov həbs olunub. Məlumat üçün bildirək ki, Vüqar Mahmudov Eldar Mahmudovun köməkçisi ,MTN-nin polkovnik-leytenantı idi. Vüqar Mahmudovun Respublika Prokurorluğu tərəfindən həbs edildiyi bildirilir.Xatırladaq ki, 2015-ci il oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.
Milli Təhlükəsizlik Nazirliyi isə 2015-ci ilin dekabrında ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Əks Kəşfiyyat Xidməti yaradılıb.
TİA.AZ