Eldar İbrahimovla Siyavuş Novruzova ağır  ittihamlar səsləndi – Mövqe

Eldar İbrahimovla Siyavuş Novruzova ağır ittihamlar səsləndi – Mövqe

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslən Naxçıvan Muxtar Respublikasından olan Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü YAP-ın bu bölgədən deputatlığa namizəd kimi irəli sürdüyü şəxslər – Eldar İbrahimov və Siyavuş Novruzov haqqında sərt fikirlər səslıəndirib.

Tribunainfo.az-ın xəbərinə görə, Elxan Şükürlü bu şəxslərin Muxtar Respublika sakinləri üçün arzuolunmaz adamlar olduqlarını iddia edib.
“Heç uzağa getməyək, bircə misal çəkim, özünüz nəticə çıxarın: həm Eldar İbrahimov, həm də Siyavuş Novruzov eyni kənddən – seçici sayına görə Naxçıvanın ikinci ən böyük kəndi olan Cəhridəndirlər, ancaq heç biri də öz doğma kəndlərinin, qəsəblərinin düşdüyü seçki dairəsindən namizədliklərini irəli sürməyiblər!
Bilirsiniz, niyə?! Çünki bu adamlara öz doğma kəndlərində belə, zərrə qədər hörmət, sayğı, sevgi yoxdur və həmkəndlilərinin onlara gerçək münasibətini özləri hamıdan daha yaxşı bilirlər!
İnsan öz elində, obasında güclüdür. Çətin seçim anlarında insana həmişə eli, obası arxa, dayaq durar, sahib çıxar. İndi öz doğma evində – kəndində, el-obasında zərrə qədər hörməti olmayan, əksinə, öz həmkəndlilərinin nifrət və ironiya ünvanına çevrilmiş adamları növbəti dəfə gətirib Naxçıvan camaatının başına çıxarmağın, vallah, sonu heç yaxşı görünmür”.
Elxan Şükürlünün bu ittihamlarına münasibət öyrənmək üçün hər iki deputatla əlaqəs axlamağa çalışdıq.
Sualımızı eşidən Eldar İbrahimov “başqa yerdəyəm, sonra danışarıq” deyə telefonun dəstəyini asıb.
Siyavuş Novuzova gəlincə, o da davamlı zənglərimizə baxmayaraq, telefonun dəstəyini qaldırmayıb.