ELDAR HƏSƏNOVUN XALASI OĞLUNUN “GÖYÇAY-ŞƏRAB”I MƏHKƏMƏYƏ VERİLİB

ELDAR HƏSƏNOVUN XALASI OĞLUNUN “GÖYÇAY-ŞƏRAB”I MƏHKƏMƏYƏ VERİLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş baş prokuror, hazırda həbsdə olan Eldar Həsənovun xalası oğlu Loğman Məmmədovun rəhbəri olduğu “Göyçay-şərab” ASC-dən apelyasiya şikayəti verilib. Tribunainfo.az xəbər verir ki, işə sentyabrın 20-də hakim Xumar Mərdanova sədrlik edib. İddiaçı Qurban Sadıqov zaminlik müqaviləsi ilə bağlı şikayət verib. Qeyd edək ki, bundan əvvəl də Loğman Məmmədov məhkəməyə verilmişdi. Belə ki, keçmiş şəriki, mərhum Mirabbas Ağayevin ailəsi Loğman Məmmədovun 1 milyon manat borcu qaytarmadığını iddia edirdi. Özü isə ittihamları rədd etmişdi.