Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr təyinatı olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Birliyin direktor müavini vəzifəsinə Yaşar Salahov təyin edilib.
O, bundan əvvəl Su quyularının İstismarı və Təmiri Xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.
Y.Salahovun adını “Google” beynəlxalq axtarış sistemində axtardıqda neqativ məlumatlar çıxır. Onun adı korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərinin mənimsənilməsi kimi ittihamlarda hallanıb.
Qeyd: Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovdur.










