Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirov həbs edilib. Bu barədə Səbail rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanın təqdimatı əsasında E.Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur.
Tribuna bildirir ki, “Yeni Sabah” Eldar Əmirovla bağlı maraqlı faktları araşdırıb:
Eldar Əmirov 1985-ci ildə Ağdamda doğulub. Uzun müddət Azərbaycan Dillər Universitetində baş elmi işçi vəzifəsində çalışıb. Mətbuatda yer alan xəbərlərə görə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işlədiyi vaxtlarda E.Əmirov onun “sağ əli” kimi tanınıb. Marqarita pizza
2019-cu ildə isə Ramiz Mehdiyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Prezidenti katibliyinin rəisi vəzifəsinə gətirilib. O, mediada tez-tez “AMEA-nın de-fakto rəhbəri” kimi tədim edilirdi.
E.Əmirovun kadr siyasətinə və institutdaxili proseslərə ciddi təsir göstərdiyi, bir çox hallarda qərarların məhz onun vasitəsilə icra edildiyi iddia edilir.










